XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 19:19

Çində koronavirusa təkrar yoluxma halı qeydə alınıb –KİV

Çinin Sıçuan vilayətində koronavirusa təkrar yoluxma halı qeydə alınıb.

Bu barədə “People’s Daily” qəzeti məlumat yayıb.

Bildirilib ki, koronavirusa təkrar yoluxan xəstə yanvarın əvvəlində xəstəxanadan evə buraxılıb. O, xəstəxanadan buraxıldıqdan sonra ev şəraitində karantində olub və heç bir yerə getməyib.

10 gündən sonra ondan götürülən analizin nəticələri müsbət olub. Həmin xəstə və onun ailəsi müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb, onların yaşadıqları ev dezinfeksiya edilib. (apa)