XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 18:25

“Putin Merkellə Makronun İdliblə bağlı dördtərəfli görüş təklifinə cavab verməyib” –Ərdoğan

“Bu gün yerli vaxtla saat 18:00 radələrində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığım olacaq. Suriya hakimiyyəti İdlibdə mülki əhaliyə etdiyi zülmü dayandırmasa, biz ordan çəkilməyəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin Vladimir Putinə dördtərəfli görüşün martın 5-də İstanbulda keçirilməsini təklif ediblər. Putin onlara hələlik cavab verməyib. Bu gün saat 18:00 radələrində Putinlə telefon danışığımız olacaq. Telefon danışığının nəticəsindən asılı olaraq hansı addımları atacağımız müəyyənləşəcək”, – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, dünən Angela Merkellə Emmanuel Makronun Rusiya Prezidenti Valdimir Putinlə İdlib mövzusunda telefon danışığı olub. Merkel və Makron Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin dördtərəfli görüşünü təklif edib. (apa)