XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

22 Fevral 2020 - 13:21

İranda “Koronavirus”dan ölənlərin sayı 5-ə çatıb

İranda yeni “Koronavirus”dan (2019-nCoV) ölənlərin sayı 5 nəfərə çatıb.

Strateq.az “Farsnews-a istinadla xəbər verir ki, virusa yoluxanların sayı ümumən 28 nəfərdir.

Epidemiya 2019-cu il dekabrın sonunda Çinin mərkəzində yerləşən, 12 milyon əhalisi olan Uhan şəhərində baş qaldırıb.

Dünya Səhiyyə Təşkilatı virusu beynəlxalq miqyasda təhlükə elan edib.

Çindən kənarda artıq 25 ölkədə “Koronavirus”a yoluxma halı aşkarlanıb.

Fevralın 22-nə olan məlumata görə, Çində virusdan 2345 nəfər ölüb, 20 659 nəfər sağalaraq xəstəxanalardan buraxılıb, 75 891 nəfər bu virusa yoluxub.

Digər ölkələrdə ölənlərin sayı bu qədərdir: Cənubi Koreya – 2, Honq Konq – 2, “Diamond Princess” gəmisi – 2, İtaliya – 2, Yaponiya – 1, Tayvan – 1, Fransa – 1 və Filippin – 1