“Suriya Ərəb Dövlətləri Liqasına qaytarılmalıdır”.
Strateq.az “Rusiya əl-Yəvm”-a istinadla xəbər verir ki, bunu növbəti ərəb sammitinə ev sahibliyi etməyə hazırlaşan Əlcəzairin prezidenti Əbdülməcid Təbbun bildirib.
O, Suriyanın Ərəb Birliyindəki üzvlüyünə qadağanın ləğvinə çağırıb.
Ərəb Dövlətləri Liqasının növbəti sammiti martın sonlarında keçiriləcək.