XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

22 Fevral 2020 - 19:20

İran-Pakistan sərhədində silahlı toqquşma olub- Ölənlər var

Ötən gecə İran-Pakistan sərhədində silahlı toqquşma baş verib. Nəticədə iki iranlı sərhədçi həlak olub.

İran Sərhəd Xidmətinin açıqlamasında insidentin İran-Pakistan sərhədinin Sistan-Bəlucistan vilayətindən keçən hissəsində baş verdiyi bildirilib.

Qeyd olunub ki, bir qrup silahlı terrorçu qanunsuz yollarla İrana keçməyə çalışarkən sərhədçilər tərəfindən müəyyən edilib və bu zaman silahlı toqquşma baş verib. Nəticədə iki nəfər iranlı sərhədçi həlak olub. Terrorçular Pakistan ərazisinə qaçaraq gizləniblər.

İran ilə Pakistanın sərhədində belə hallar tez-tez baş verir. Terrorçular 2018-ci ildə 14 iranlı sərhədçini postdan oğurlayaraq Pakistana aparmışdılar. Sonradan dörd sərhədçi azad edilsə də, digərləri barədə bu günədək xəbər yoxdur(azərtac).