XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2020 - 18:09

İran-Türkiyə sərhədi açıqdır –Şayiələr

“İran İslam Respublikasının Türkiyə ilə sərhədi açıqdır, sərnişin və yük maşınlarının keçidində heç bir problem yoxdur.”

Strateq.az “IRNA” istinadla xəbər verir ki, bunu İran tərəfindəki Bazərgan Gömrük İdarəsinin rəisi Sadiq Namdar bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfindəki Gürbulak sərhəd keçid məntəqəsində “Koronavirus”a qarşı xüsusi tədbirlərin görülüb. “İran sərhədindən Türkiyəyə daxil olmaq üçün müraciət edənlər həkim və üç tibb bacısı tərəfindən müayinə olunur.”

Xatırladaq ki, hazırda bir çox ölkələrdən İrana uçuşlar ləğv edilib. Lakin quru sərhədlərdən, o cümlədən Azərbaycan Respublikasının sərhəd məntəqələrindən İslam Respublikasına keçid açıqdır.

Son məlumatlara görə, İranda 28 “COVİD-19” xəstəsi qeydə alınıb, 5 nəfər virusdan dünyasını dəyişib.