Yaponiya hökuməti yeni koronavirusa yoluxmuş insanların müalicəsi məqsədilə qrip əleyhinə dərmandan istifadə etmək niyyətindədir.
Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat naziri Katsunobu Kato fevralın 22-də keçirilən mətbuat konfransında deyib.
Nazirin bildirdiyinə görə, həmin dərman müsbət təsir edəcəyi halda nazirlik onun bu məqsədlə istifadəsinə icazə verəcək.
K.Kato deyib ki, ABŞ istehsalı olan “Aviqan” preparatı yeni koronavirusa qarşı xaricdə ən yaxşı təsir göstərmiş dərman kimi tanınıb.
Nazir, həmçinin qeyd edib ki, yeni koronavirusa qarşı uğur qazanmaq üçün yerli hakimiyyət orqanlarının və səhiyyə müəssisələrinin konkret tədbirləri özündə əks etdirən siyasəti hazırlanmalıdır. Həmin planın gələn həftənin çərşənbə axşamınadək hazır olacağı qeyd edilib(azərtac).