XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

22 Fevral 2020 - 21:00

Türkiyədə FETÖ əməliyyatı:62 hərbi qulluqçu həbs edildi

Türkiyənin İzmir də daxil olmaqla 43 şəhərində antiterror əməliyyatı həyata keçirilib. Əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan 99 hərbi qulluqçusundan 62-si həbs edilib.

İzmir Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı Silahlı Qüvvələrin 157 əməkdaşının terror təşkilatının üzvləri ilə məxfi telefon danışıqları apardıqları müəyyənləşdirilib. Fevralın 18-də bu istiqamətdə aparılan genişmiqyaslı əməliyyat nəticədə şübhəli bilinən şəxslərin böyük əksəriyyəti saxlanılıb(azərtac).