XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2020 - 09:00

İranda koronavirus təhlükəsi:qurbanların sayı 6 nəfərə çatıb

İranda yeni növ koronavirusun səbəb olduğu pnevmoniya nəticəsində altıncı ölüm faktı qeydə alınıb.

Bu barədə Markazi əyalətinin qubernatoru Əli Ağazadə açıqlamasında deyib.

“Əyalətdə bir nəfərin koronavirusdan öldüyü təsdiqləndi”, – deyə “IRNA” ondan sitat gətirib.

İranda koronavirusun səbəb olduğu xəstəliyə ilk yoluxma haqqında məlumat fevralın 19-da ortaya çıxıb. Bu günə qədər 28 yoluxma halının qeydə alındığı bildirilir. /APA