XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2020 - 20:27

İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatıb –Koronavirusla əlaqədar

Pakistan koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəddə yerləşən Taftan sərhəd-keçid məntəqəsini müvəqqəti bağlayıb.

Bunu “Dawn” telekanalına açıqlamasında Bəlucistan əyalətinin Daxili İşlər naziri Mir Ziyaulla Lanqove bildirib.

Pakistan Baş Nazirinin köməkçisi Zəfər Mirzə isə bildirib ki, bundan əvvəl İranda səfərdə olmuş şəxslər həkim müayinəsindən keçirilir. Kəraçi, Lahor və Kvett aeroportlarında da sərnişinlərə nəzarət artırılıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə, Əfqanıstan və İordaniya koronavirus təhlükəsi ilə əlaqədar İranla nəqliyyat əlaqələrini dayandırıb. /APA