ABŞ-da atışma olub.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə Texas ştatında baş verib. Hyustonda şəhərindəki bazarda silahlı insident zamanı bir neçə nəfər xəsarət alıb.
Hyuston dairəsinin şerifi Ed Qonsales 7 nəfərin odlu silahdan açılan atəş nəticəsində yaralandığını, xəsarət alanların xəstəxanaya aparıldıqlarını bildirib. Onun sözlərinə görə, hadisə yerində 1 nəfər saxlanılıb. (Report)