XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Fevral 2020 - 15:07

İran XİN başçısı koronavirusu lağa qoydu –“And içirəm ki, koronavirusa yoluxmamışam"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarı Aleksandr Şallenberq ilə görüşdə maraqlı hadisə yaşanıb.

İHA xəbər verir ki, İran XİN başçısı görüşdə koronavirus infeksiyasını lağa qoyub.

“And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik”, – o deyib.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib. (Report)