XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 10:22

Türkiyə və Britaniya müdafiə nazirləri arasında telefon söhbəti- İdlibdəki vəziyyəti müzakirə ediblər

Türkiyənin Müdafiə naziri Hulusi Akar britaniyalı həmkarı Ben Uolles ilə telefon əlaqəsi yaradıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, nazirlər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər.

“Nazirimiz Böyük Britaniyanın Müdafiə naziri Ben Uolleslə telefon bağlantısı qurub. Nazirlər ilk növbədə İdlib mövzusunda fikir mübadiləsi aparıblar, eyni zamanda müdafiə, təhlükəsizlik və müdafiə sənayesi mövzuları da müzakirə olunub”, – deyə Türkiyənin Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.