XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 14:23

Dünyada ən yaşlı kişi dünyasını dəyişib- FOTO

Yaponiyanın Niiqata prefekturasının 112 yaşlı sakini – bu ayın əvvəlindən dünyada ən uzunömürlü kişi kimi Ginnesin Rekordlar kitabına düşən Titetsu Vatanabe dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə “Kiodo” agentliyi bildirib.

Bildirilir ki, Vatanabe 5 mart 1907-ci ildə doğulub, fevralın 23-də vəfat edib. Ən uzunömürlü kişi titulunun ondan əvvəlki sahibi də yaponiyalı olub. 113 yaşlı Masadzo Nonaka ötən il yanvarın 20-də dünyasını dəyişib.

Qeyd edək ki, yaponlar ənənəvi olaraq ən uzunömürlü insanların siyahısında ön pillələrdə yer alır. Dünyanın ən qoca qadını statusunun sahibi 117 yaşlı Kane Tanaka həm də ən uzunömürlü insan kimi Ginnesin Rekordlar kitabına düşüb.