XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 10:55

Gürcüstanda dövlət bayraqları endirildi

Gürcüstanda bu gün sovet işğalının 99-cu ildönümü tamam olur.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin bütün dövlət qurumlarında bayraqlar endirilib.

Dövlət bayraqları Gürcüstan prezidentinin sarayı, parlament, hökumət və digər dövlət idarələrinin binalarında da endirilib.

Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i Sovet işğalı günü elan olunub. Ölkə üzrə dövlət bayraqları hər il məhz bu tarixdə işğalın yüz minlərlə qurbanının xatirəsinə ehtiram əlaməti olaraq endirilir.