XƏBƏR LENTİ

13 İyul 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 11:44

Yaponiyanın dövlət müəssisələrinə əməkdaşların evdə işləməsi barədə göstəriş verilib

Yaponiya Nazirlər Kabineti bütün nazirliklərə və dövlət müəssisələrinə yeni koronovirusun nəqliyyatda yayılması təhlükəsinin azaldılması məqsədilə maksimum sayda əməkdaşın evdə işləməsi və onların ofisdə olmasının çevik cədvəlinin hazırlanması barədə göstəriş verib.

Azərtac xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa fevarlın 25-də keçirilən ənənəvi mətbuat konfransında məlumat verib.

Həmin gün Tokioda keçirilən digər mətbuat konfransında İqtisadiyyat, Ticarət və Sənaye naziri Hiroşi Kaciyama bildirib ki, hökumət eyni məzmunlu xahişlə özəl biznes assosiasiyalarına müraciət edib. Həmin müraciətdə sahibkarlardan əməkdaşların ev rejiminə keçirilməsi və onların ofisə gəlmə vaxtlarının dəyişdirilməsi xahiş edilib.

Xatırladaq ki, son məlumatlara görə Yaponiyada COVID-19 koronavirusuna yoluxanların sayı 850 nəfəri keçib.