XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 13:22

Qahirədə Ərəb Kəşfiyyat Forumu keçirilib- Müzakirə

Misirin paytaxtında Yaxın Şərq və Şimali Afrika ölkələri kəşfiyyat orqanları rəhbərlərinin iştirakı ilə Ərəb Kəşfiyyat Forumu keçirilib.

Azərtac xəbər verir ki, forumun yekunları barədə jurnalistlərə məlumat verən Misir Prezidentinin mətbuat katibi Bəssam Radi əsas mövzunun terrorizmə qarşı mübarizənin gücləndirilməsi olduğunu bildirib.

Onun sözlərinə görə, tədbirdə çıxış edən Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi dövlət və hökumət başçılarının regionda gərginliyin artması fonunda təhlükəsizlik və kəşfiyyat orqanlarının fəaliyyətinə daha böyük dəstək verməsinin vacibliyini qeyd edib.

Forumda terrorizm, ekstremizm ideologiyası və mütəşəkkil cinayətkarlığa qarşı daha effektiv mübarizə yolları müzakirə edilib. Qeyd edilib ki, ərəb ölkələrinin təhlükəsizlik xidmətləri bu məsələdə dünyanın bütün qabaqcıl kəfiyyat orqanları ilə daha sıx əməkdaşlıq etməlidirlər.