“ABŞ İranın koronavirusla bağlı olduqca vacib informasiyaları gizlətməsindən narahatdır”.
Bunu ABŞ dövlət katibi Mayk Pompeo keçirdiyi brifinqdə deyib.
O bildirib ki, yeni yayılan virus nəticəsində ölənlərin sayına görə, İran Çindən sonra ikinci yerdədir.
Qeyd edək ki, daha əvvəl İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur ölkədə koronavirusa yoluxanların sayının 95-ə çatdığını, onlardan 15-nin öldüyünü demişdi. Həftənin bazar ertəsinə olan məlumata görə isə xəstəliyə yoluxanların sayı 34 nəfər, ölənlərin sayı isə üç dəfə artıb. Bu isə fevralın 19-dan bəri koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstəricidir/APA.