XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2020 - 15:22

Səudiyyə Ərəbistanında qadınlar üçün futbol çempionatı yaradılır

Səudiyyə Ərəbistanında qadınlar üçün futbol liqası yaradılacaq.

“Report” BBC-yə istinadən xəbər verir ki, oyunlar paytaxt Əl-Riyadda və digər iki şəhərdə baş tutacaq. Bildirilib ki, çempionatın yaradılması vəliəhd şahzadə Məhəmməd ibn-Salmanın daha bir islahatıdır.

Ölkə rəsmiləri qərarın qadınların idmana marağının və iştiraklarının artırılması üçün verildiyini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbol matçlarına qatılıb və onlara maşın sürmək üçün icazə verilib. Həmçinin ötən il qadınlar kişilərin icazəsi olmadan xaricə getməyə də razılıq alıblar.