XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

26 Fevral 2020 - 15:03

İran Prezidenti Pompeoya cavab verdi:"Öz ölkələrində qripdən ölən minlərlə insan haqda düşünməlidirlər"

İran Prezidenti Həsən Ruhani ABŞ Dövlət katibi Mayk Pompeonun koronavirusla bağlı ittihamına cavab verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İran Prezidenti bildirib ki, amerikalılar öz ölkələrində qripdən ölən minlərlə insan haqda düşünməlidirlər.

Onun sözlərinə görə, İranda koronavirusun qarşısının alınması istiqamətində müsbət meyllər müşahidə olunur ki, bu da ümidvericidir.

Qeyd edək ki, ABŞ Dövlət katibi M. Pompeo İranı koronavirusla bağlı vacib informasiyaları gizlətməkdə ittiham edib.  

Xatırladaq ki, İranda koronavirusdan 15 nəfər ölüb, 95 nəfər koronavirusa yoluxub.