XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

26 Fevral 2020 - 16:02

Gürcüstanda pandemiyaya hazırlıq rejiminə keçilir- Koronavirusla bağlı

“Koronavirusun Gürcüstanda yayılması riski artıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, ölkənin Səhiyyə Nazirliyi pandemiyaya hazırlıq rejiminə keçir.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze əhali arasında virusun yayılması riskinin əhəmiyyətli dərəcədə azaldılması üzrə bütün lazımı tədbirlərin görüldüyünü deyib: “Gürcüstanın sərhədlərində gediş-gəlişin məhdudlaşdırılması üçün əlavə tədbirlərə də hazırıq. Biz Gürcüstana daxil olmaların tamamilə qadağan olunmasının tərəfdarı deyilik”.

Nazir qeyd edib ki, koronavirusla bağlı əlavə tənzimləmələr hökumətə təqdim olunub.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa yoluxma ilə bağlı heç bir hal qeydə alınmayıb.