XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

26 Fevral 2020 - 18:17

Qazaxıstan İrana aviareysləri dayandırır- Martın 1-dən

Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır.

Azərtac xəbər verir ki, Qazaxıstan baş sanitar həkimi Jandarbek Bekşin açıqlama verib ki, İranda olan Qazaxıstan vətəndaşları martın 1-nə kimi ölkəyə qayıda bilərlər.

Qeyd edək ki, daha əvvəl Qazaxıstanın baş sanitar həkimi vətəndaşları Yaponiya, İtaliya, Sinqapur, Cənubi Koreya, Tailand, Malayziya kimi ölkələrə getməməyə, biletləri təhvil verməyə çağırmışdı.

O, həmçinin bildirib ki, idarələrarası komissiyanın iclasında bu ölkələrə uçuş üçün alınan biletlərin dəyərinin vətəndaşlara qaytarılması barədə qərar qəbul olunub.