XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

26 Fevral 2020 - 18:39

İranda koronavirusla bağlı yalan xəbər yayanlar həbs olunub –Açıqlama

“İranın hüquq-mühafizə orqanları ölkədə koronavirus barədə bilərəkdən yalan məlumat yaymaqda şübhəli bilinən 24 nəfəri həbs edərək məhkəmə orqanlarına təhvil verib”.

TASS xəbər verir ki, bunu İran kiberpolisinin rəhbəri Vahid Məcid deyib.

Onun sözlərinə görə, hazırda kiberpolis internetdə yayımlanan materialların, o cümlədən video, xəbər və fotoşəkillərin yalan məlumat olması predmeti üzrə ətraflı monitorinq aparır.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda 139 koronavirusa yoluxma halı qeydə alınıb, 19 nəfər virusdan ölüb/Report.