XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

26 Fevral 2020 - 23:17

Gürcüstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb

Gürcüstanda yeni növ koronavirusa yoluxma halı aşkar edilib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yekaterina Tikaradze brifinq zamanı bildirib.

“Bir neçə dəqiqə əvvəl Luqar laboratoriyasından analizlərin cavabını əldə etdik, analizlərə əsasən, ölkədə ilk koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxan şəxs Azərbaycandan keçməklə İrandan gələn Gürcüstan vətəndaşıdır”, – deyə nazir qeyd edib.

Səhiyyə nazirinin sözlərinə görə, xəstəlik aşkar edilən şəxs 50 yaşlı kişidir. O, Gürcüstan-Azərbaycan sərhədindən birbaşa xəstəxanaya yerləşdirilib və heç kimlə kontakt qurmayıb.