XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Fevral 2020 - 16:46

Daha bir Avropa ölkəsində koronavirus qeydə alındı

Danimarkada koronavirus infeksiyası aşkarlanıb.

“Report” xəbər verir ki, ölkənin TV2 kanalının müxbiri Şimali İtaliyaya getdiyi tətildən sonra onda koronavirus aşkar edildiyi bildirilib.

Məlumata görə, müxbirdə koronavirusun simptomları ötən gün səhər özünü göstərməyə başlayıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 804 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 184-dən çoxdur.