XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Mart 2016 - 08:43

ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır

pentaqon

 

Ehtiyac olduqda ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır.

 

Strateq.az apa.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi bəyan edib.

 

“Mövqeyimiz dəyişməz olaraq qalır. Hesab etmirik ki Şimali Koreya qitələrarası nüvə başlıqlı ballistik raketlərə malikdir. Lakin ehtiyac olduqda ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır”, deyə Pentaqon rəsmisi bildirib.

 

Qeyd edək ki, Şimali Koreyanın lideri Kim Çen In KXDR-nın  hər an nüvə silahından istifadə edə biləcəyini bəyan edib.

 

Xatırladaq ki, martın 2-də BMT Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib.