XƏBƏR LENTİ

13 İyul 2020

Digər Xəbərlər

27 Fevral 2020 - 23:36

Yaponiya hökuməti bütün məktəblərin bağlanmasını tələb edəcək- Bu səbəbdən

Yaponiyanın Baş Naziri Şinzo Abe bütün prefekturaların hakimiyyət orqanlarından yeni koronavirusla əlaqədar yaranmış təhlükə ilə əlaqədar ölkə ərazisindəki bütün məktəblərin müvəqqəti olaraq bağlanmasını tələb edəcək.

Bu barədə fevralın 27-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, məktəblərin bağlanmasına martın 2-dən başlanılacaq və bu, yaz tətilinin əvvəllərinədək davam edəcək. Prefekturadan asılı olaraq, həmin müddət martın ortalarınadək və ya axırınadək davam edə bilər. Hökumətin əlavə göstərişi olmazsa, uşaqlar məktəblərə apreldə qayıdacaqlar.

Buna qədər Hokkaydo prefekturası və Osaka şəhəri fərdi qaydada məktəblərin müvəqqəti bağlandığını elan edib.

Əlavə olaraq qeyd edək ki, bu günədək Yaponiyada COVID-19 virusuna 900-dən çox insan yoluxub. Onların əksəriyyəti “Diamond Prinsess” kruiz gəmisinin heyəti və sərnişinləridir. Xəstəlik nəticəsində səkkiz nəfərin öldüyü bildirilir(azərtac).