İranın Qum şəhərində hündürmərtəbəli binada yanğın baş verib.
İranın Təcili Tibbi Yardım Mərkəzinin verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 66 nəfər yaralanıb. Yaralılardan 33 nəfəri xəstəxanaya yerləşdirilib, 33-ü isə ambulator müayinədən sonra evə buraxılıb.
Yanğın söndürlüb.
Yanğının səbəbləri araşdırılır. (apa)