Gürcüstan İran və İtaliya ilə motorlu vasitələrlə quru yolu ilə sərnişin və yük daşınmasını dayandırıb.
Müvafiq qərar Gürcüstanın Quru Nəqliyyat Agentliyi tərəfindən qəbul edilib. Bildirilib ki, agentlik koronavirusla mübarizədə qabaqlayıcı tədbir kimi bu sahədə verilən icazələri müvəqqəti dayandırıb. (apa)