XƏBƏR LENTİ

29 Mart 2020
28 Mart 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 20:17

Ankara Rusiya gəmiləri üçün boğazları bağlaya bilər

Suriyanın İdlib əyalətində vəziyyətin gərginləşməsi ilə əlaqədar Ankara Rusiya gəmiləri üçün boğazlardan keçidləri bağlaya bilər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri yazır.

Ankara hesab edir ki, Rusiya Suriya münaqişəsində maraqlı tərəf kimi iştirak etdiyi üçün Türkiyə Lozanna sülh müqaviləsinə əsasən Bosfor və Dardanel boğazlarını münaqişə tərəfləri üçün bağlamaq hüququna malikdir.

Xatırladaq ki, ötən gecə İdlibdə Suriya ordusunun Türkiyə mövqelərinə zərbələr endirməsi nəticəsində 33 hərbçi olub, 32 nəfər isə yaralanıb.