XƏBƏR LENTİ

29 Mart 2020
28 Mart 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 22:17

Ərdoğan və Tramp arasında telefon danışığı oldu –Suriyada yaranan vəziyyət müzakirə edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Qeyd edilir ki, dövlət başçıları Suriyada yaranan vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti administrasiyasının yaydığı məlumata görə, danışığın gedişatında ikitərəfli məsələlər, həmçinin regional mövzular, o cümlədən İdlibdəki son hadisələr müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyənin İdlibi Suriya prezidenti Bəşşar Əsədə məxsus qüvvələrdən təmizləmək qətiyyətini təsdiq edib. Hər iki lider yaxın vaxtlarda İdlibdə böyük humanitar faciənin qarşısının alınması üçün əlavə addımların atılması təşəbbüsünü razılaşdırıb. (Report)