XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 11:20

İran parlamentinin deputatı qripdən ölüb

İranın Gilan əyalətində fevralın 21-də baş tutan XI çağırış parlament seçkilərində deputat seçilən Məhəmməd Əli Ramazani Dəstək vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, yeni seçilən iranlı deputatın qripdən öldüyü göstərilib.

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 34 nəfər dünyasını dəyişib, 388 nəfər bu virusa yoluxub.

Xatırladaq ki, İran parlamenti koronavirus epidemiyası ilə əlaqədar parlament iclaslarını əlavə məlumat verilənədək tətil edib. 

Parlament deputatlarının hamısı koronavirusa görə müayinə olunub. 290 parlament üzvünün 30-nun müayinəsinin nəticəsi açıqlanıb. Onların dördündə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq.