XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 14:29

Ərdoğan:"İdlibdə şəhidlərin sayı 36-ya çatıb, Suriya ilə mübarizədə qərarlıyıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İdlibdə Türkiyə ordusunun şəhidlərinin sayı 36-ya çatıb.

APAnın yerli bürosunun xəbərinə görə, Ərdoğan bildirib ki, Türkiyə hakimiyyətinin məqsədi şəhid vermədiyi günlərə çatmaqdır.

Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə son danışığını xatırladaraq deyib ki, əgər Rusiyanın Suriyada hərbi baza qurmaq niyyəti varsa, bunun üçün Türkiyənin önünü kəsməməlidir: “Çəkilin, dedim, Suriya rejimi ilə təkbətək mübarizə aparaq. Suriya məsələsi Türkiyə üçün əsla bir macəra deyil, Türkiyənin Suriyada olmasından narahat olanlara təəssüf edirəm. Ölkəmizi terror dəhlizi ilə mühasirəyə almağa qalxanlara qarşı mübarizə aparırıq. 4 milyon insan sərhədlərimizə doğru hərəkət edir. Hazırda 1,5 milyon sərhədimizdədir”.

Ərdoğan onu da deyib ki, əgər bu gün Türkiyə mübarizəsini davam etdirməsə, sabah Hatay, Şırnak, Şanlı Urfa və Gaziantepdə də şəhid verəcək: “Biz Türkiyə hakimiyyəti ilə mübarizəyə qərarlıyıq”.