XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 15:22

İranda koronavirusa yoluxan deputatların sayı 5-ə çatıb- Açıqlama

İranda 5 deputata koronavirus diaqnozu qoyulub.

“Report” İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sözçüsü Əsədullah Abbasi bildirib.

Onun sözlərinə görə, 10millət vəkilinə koronavirus testi edilib.

Analizin nəticəsində 5 deputatın koronavirusa yoluxduğu məlum olub.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 43 nəfərdir. Bundan əlavə, 593 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçivitse-prezident Məsumə Ebtekar və deputatlar – Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.