XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

29 Fevral 2020 - 19:55

Malayziyanın yeni Baş Naziri təyin edilib

Fevralın 29-da Kral Sultan Abdulla Malayziya Oğullarının Birləşmiş Partiyasının lideri Muhiddin Yassini ölkənin yeni Baş Naziri təyin edib.

Azərtac xəbər verir ki, bu barədə Malayziyanın aparıcı Bernama agentliyi məlumat yayıb.

Bununla əlaqədar Kral sarayının yaydığı bəyanatda bildirilir ki, Muhiddin Yassinin hökumətə rəhbər təyin olunması, ölkədə siyasi böhranı aradan qaldırmağın ən yaxşı yoludur.

Yeni Baş Nazir Kral sarayında martın 1-də yerli vaxtla saat 10:30 dəqiqədə Krala and içəcək.

Buna qədər sabiq Baş Nazir Mahathir Məhəmmədin yeni hökümətə rəhbərliyə qayıdacağı güman edilirdi. Belə ki, Mahathir Məhəmmədin fevralın 24-də istefa verməsinə baxmayaraq, yeni Baş Nazir təyin edilənədək hökumətə rəhbərlik etməyi Kral ona həvalə etmişdi.

Malayziya Konstitusiyasına əsasən, hakim koalisiya dağıldıqdan sonra ölkə parlamenti buraxılmayıbsa və yeni seçkilər təyin edilməyibsə, yeni Baş Nazirin seçilməsi və təyin edilməsi Malayziyanın dövlət başçısı olan monarx tərəfindən həyata keçirilir.