XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 20:02

Ruhani və Ərdoğan arasında telefon danışığı olub- Nələr müzakirə olunub?

İran Prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla telefon danışığı aparıb.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında H.Ruhani türkiyəli həmkarına ölkəsinin ev sahibliyi ilə Türkiyə, İran və Suriyanın üçtərəfli iclasının keçirilməsini təklif edib.

Ruhani bildirib ki, İdlibdə terrorçuların kökünü kəsməklə yanaşı dinc və günahsız insanlar qorunmalıdır. Bu, bütün tərəflərin vəzifəsidir və diqqətə alınmalıdır.

İran Prezidenti onu da deyib ki, İdlib probleminin Tehranda keçiriləcək üçtərəfli  görüşüə müzakirəsi buna töhfə verə bilər.

Telefon danışığında H. Ruhani türkiyəli həmkarına koronovirusla bağlı dəstəyə görə təşəkkür edib və bildirib ki, İran Türkiyə ilə müştərək səhiyyə protokolu icra etməyə hazırdır: “Koronavirusun nəzarətə götürülməsi, onun qarşısının alınması və yoluxmuş insanların müalicəsi üçün çox önəmli proqramlar icra olunub və ümid edirik, tezliklə bu böhran sona çatacaq”.