XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 21:00

BƏƏ-də məktəblər və bağçalar bağlanır- Koronavirus səbəbindən

Birləşmiş Ərəb Əmirlikləri yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə məktəblərin və bağçaların fəaliyyətini dayandırır.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin təhsil naziri Hüseyn əl-Hamadinin “Twitter” səhifəsində deyilir.

Məlumatda bildirilir: “Martın 1-dən başlayaraq ölkədə bağçaların fəaliyyəti dayandırılsın… Nazirliyin qabaqlayıcı tədbirləri çərçivəsində ölkənin əmirliklərində növbəti xəbərdarlığa qədər məktəblərin fəaliyyəti dayandırılsın”.

Qeyd edək ki, BƏƏ-də yeni növ koronavirusa 13 yoluxma halı qeydə alınıb, onlardan 3 nəfəri sağalıb.