XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2020 - 00:07

Çində yalnız yerli istehsal olan təyyarələrdən istifadə edəcək aviasiya şirkəti yaradılıb

Çində yeni yaradılan aviasiya şirkəti yalnız yerli istehsal olan C919 və ARJ21 sərnişin təyyarələrinin operatoru qismində çıxış edəcək.

İngilis dilində “bir” (one), “iki” (two) və “üç” sözlərinin (three) ilk hərflərinin abreviaturasından ibarət “OTT Airlines” Çində 3 ən böyük aviasiya konsernindən biri olan “China Eastern”nın törəmə müəssisəsi kimi fəaliyyət göstərəcək. Bazası Şanxay şəhərindəki Xonçiao beynəlxalq hava limanında yerləşəcək “OTT Airlines” dar füzelyaja malik C919 təyyarələri ilə uçuş həyata keçirən ilk şirkət olacaq. Bundan başqa, ötən ilin avqustunda ARJ21 regional təyyarələrinin istehsalçısı ilə müqavilə imzalanıb.

“OTT Airlines”ın yaradılmasında məqsəd Çinin ən inkişaf etmiş bölgələrindən olan Yantzı çayı deltasında artan sərnişin tələbatını ödəmək, həm də yerli istehsalı dəstəkləməkdir.

Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına əsasən, Çin 2020-ci illərin ortalarında ABŞ-ı ötərək planetin ən böyük aviasiya bazarı olacaq. Çin şirkətləri növbəti 20 il ərzində təxminən 1460 geniş, 5160 dar gövdəli, habelə min ədəd regional cet almalıdır. Bu səbəbdəndir ki, dünyanın iri təyyarə istehsalçıları Çin bazarında yarışa giriblər. Çin sərnişin təyyarələrinin istehsalında da əhəmiyyətli uğurlara imza ata bilib. Belə ki, Çin Mülki Aviasiya Korporasiyası (COMAC) 2015-ci ildən C919 sərnişin təyyarələrinin istehsalına başlayıb. Standart uçuş məsafəsi 4075 kilometr olan C919 “Airbus A320” və “Boeing-737” təyyarələri ilə müqayisə edilir.

Maksimum 90 sərnişin daşıya bilən yaxın magistrallı ARJ21 təyyarələri ilə kommersiya uçuşlarına 2016-cı ilin iyununda başlanıb(azərtac).