XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

01 Mart 2020 - 09:19

Çində koronavirus epidemiyası:ölənlərin sayı 2,9 min nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə “Report” Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkədə 2 870 nəfər yeni növ virusun qurbanı olub, 41,8 mindən çox insan sağalıb. Qeyd edilir ki, koronavirusa yoluxanların sayı 79,8 min nəfəri ötüb.

Virusa yoluxanların sayına görə birinci yerdə Xubey əyaləti qərarlaşıb. Burada virusa yoluxanların sayı 66,9 min nəfərdir. Onlardan 2 761 nəfər ölüb. Qeyd edilir ki, 31,2 min nəfər sağalaraq evə buraxılıb.

Komitə daha əvvəl ölkə ərazisində 2 835 nəfərin virusdan öldüyünü, 79,2 mindən çox insanın xəstəliyə yoluxduğunu, 39 min nəfərin sağaldığını xəbər verib.