XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2020 - 09:59

Daha bir neçə ölkədə koronavirus yayıldı –54 ölkə nə edəcəyini bilmir

Lüksemburqda koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

Bu barədə RTL portalı məlumat yayıb.

Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, hakimiyyət orqanları xəstənin təkrar müayinəsinin nəticələrini gözləyirlər. Məlumata görə, 40 yaşlı kişi İtaliyadan Şarlerua beynəlxalq hava limanı vasitəsilə gəlib. İlkin müayinələr onda koronavirusun olduğunu göstərib.

Qeyd edilir ki, o özü xəstəxanaya gəlib və xəstəliyin əlamətlərinin olduğunu bildirib. Hazırda o, xəstəxanadadır və həkimlər təkrar müayinənin nəticələrini gözləyirlər. Qeyd edilir ki, analizlərin nəticələri bazar günü səhər açıqlanacaq.

İrlandiyada da koronavirusa ilk yoluxma qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, bu, ölkədə ilk COVID-19-a yoluxmadır.

Hazırda o, xəstəxanadadır. “Independent” portalı bildirib ki, o, İrlandiyaya İtaliyadan gəlib.

Ekvadorun da hakimiyyət orqanları ölkədə koronavirusa ilk yoluxmanı qeydə alıblar.

Bu barədə ölkənin səhiyyə naziri Katalina Andramunyo Sebayos keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, görülən tədbirlərə baxmayaraq, digər 54 ölkədə olduğu kimi, Ekvadorda da koronavirus yayılıb. /Report