XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2020 - 11:52

Avstraliyada koronavirusdan ilk ölüm qeydə alındı

Qərbi Avstraliya ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.

Məlumata əsasən, Avstraliyada virusun ilk qurbanı, “Diamond Princess” səyahət gəmisindən təxliyə edilən 79 yaşlı kişidir.

Onun həyat yoldaşı da gəmidə olarkən koronavirusa yoluxub. Hazırda qadının vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Avstraliyada COVID-19 koronavirusuna yoluxanların sayı 25 nəfərdir. Onların 15-i tam sağalıb.

“Diamond Princess” səyahət gəmisindən təxliyə edilən 9 nəfər isə “Darvin” klinikalarında müalicə alır.  /Report