XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2020 - 16:25

Finlandiyada daha iki nəfər koronavirusa yoluxub:"Hər iki şəxs özünü yaxşı hiss edir"

Finlandiyada daha iki nəfər koronavirusa yoluxub.

Bu barədə Helsinki Universitetinin Xəstəxanası məlumat yayıb.

Cümə günü təsdiqlənən şəxslə ünsiyyətdə olmuş iki nəfərdə – yaşlı şəxs və uşaqda koronavirus aşkarlanıb. Hər iki şəxs özünü yaxşı hiss edir.

Qeyd edək ki, Finlandiyada ilk virusa yoluxma faktı fevralın 26-da, ikinci yoluxma faktı isə fevralın 28-də aşkarlanıb. Yoluxma faktı qeydə alınan hər iki qadın özünü yaxşı hiss edir.

Ümumilikdə isə ilk dəfə Finlandiyada yanvarın 24-də bir Çin vətəndaşında koronavirus aşkarlanıb. O, müalicə alaraq sağalıb və Çinə qayıdıb. /APA