XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2020 - 17:10

Vaşinqtonda 1 nəfər koronavirusdan öldü –Fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Vaşinqton ştatının səhiyyə departamenti ştat ərazisində koronavirusdan ölüm hadisəsinin qeydə alındığını açıqlayıb. Departament bəyan edir ki, bu ABŞ ərazisində ilk belə ölüm hadisəsidir.

Sietl xəstəxanalarından birində ölən şəxsin yaşı 50-dən yuxarı olub, onun adı açıqlanmır. Həmin şəxs yoluxan şəxslərlə heç bir təmasda olmayıb və ştatın hüdudlarından kənara çıxmayıb. Bu baxımdan onun necə yoluxduğu qaranlıq qalır.

ABŞ-ın xəstəliklərə nəzarət və profilaka üzrə Mərkəzinin direktoru, doktor Robert Redfildə bəyan edib ki, bundan əlavə virus Vaşinqton ştatının Kinq dairəsində qocalar evinin sakinlərindən birində də aşkarlanıb. Həmin yaşlı qadın qocalar evinin hüdudlarından kənara çıxmayıb və xaricdə olmayıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Sietl tibb mərkəzi bildirir ki, hazırda respirator xəstəlikləri simptomları ilə 27 pasiyent və 25 əməkdaş nəzarət altındadır. Bəzilərində pnevmoniya aşkarlanıb. Bu səbəbdən onların hamısı Covid-19 virusuna görə yoxlanılır. “Bu, aysberqin ancaq görünən tərəfidir, biz yeni yoluxma hallarının aşkarlanacağını gözləyirik”,-Sietl şəhərinin və Kinq inzibati dairəsinin nümayəndələri bildiriblər.

Hələlik yoluxma lokal xarakter daşıyır və Vaşinqton ştatının ərazisinə yayılmayıb. Lakin qubernator Cey İnsli bütün ştat ərazisində fövqəladə vəziyyət elan edilməsi haqda qərar verib. O, dövlət orqanlarına koronavirus epidemiyasına qarşı bütün resursları səfərbər etməyi tapşırıb.

Bu günə olan məlumata görə ABŞ ərazisində koronavirusa 71 yoluxma halı aşkarlanıb, onlardan 47-i Çinin Uhan şəhərindən və Diamond Prinsess kruiz gəmisindən evakuasiya olunanlardır.

ABŞ-da koronavirusdan ilk ölüm hadisəsinin qeydə alınmasından dərhal sonra prezident Donald Tramp Ağ evdə mətbuat konfransı keçirib və elan edib ki, virusun geniş yayıldığı ölkələrin vətəndaşlarının Birləşmiş Ştatlara girişi dayandırılır.

Habelə son 14 gündə İrana baş çəkənlər də ABŞ-a daxil ola bilməyəcək. Trampın sözlərinə görə, təşvişə düşmək üçün heç bir əsas yoxdur və sabah martın 2-də ölkənin iri əczaçılıq şirkətlərinin rəhbərləri ilə görüşərək virusa qarşı peyvəndin hazırlanmasını müzakirə edəcək. Habelə Tramp xalqa müraciətlə çıxış edəcəyini də deyib.  /Virtualaz.org