XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2020 - 20:25

Koronavirus Çexiyada:yoluxanların sayı 3 nəfərə çatıb

Çexiyada ilk dəfə 3 nəfərin yeni tip koronavirusa yoluxduğu aşkarlanıb.

Səhiyyə naziri Adam Voytex deyib ki, virusa yoluxanlardan ikisi Praqadakı “Na Bulovce” xəstəxanası, bir nəfər isə Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilib.

Koronavirusa yoluxanlardan biri İtaliyadakı universitetlərdən birində təcrübə keçdikdən sonra Praqaya qayıdıb. Praqada xəstəxanaya yerləşdirilən amerikalı qadın isə Milanda təhsil alıb. Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilən üçüncü şəxs isə İtaliyada kurortda  istirahətdə olub. /APA