XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2020 - 11:34

Koronavirusdan 2977 nəfər ölüb –ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 1-nə olan məlumatı açıqlayıb.

Təşkilatın məlumatına əsasən, Azərbaycan, Ekvador, İrlandiya, Monako və Qətərdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 87 137 (1739 yeni)

Çində: 79 968 (579 yeni)

2873 ölüm halı (35 yeni)

Çinin xaricində:

7169 yoluxma halı (1160 yeni)

58 ölkə (5 yeni)

104 ölüm halı (18 yeni)

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir. (apa)