XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2020 - 14:26

Türkiyədə zirehli avtomobilə raket zərbəsi endirilib –1 nəfər ölüb

Türkiyədə gömrük idarəsinə məxsus zirehli avtomobilə terrorçular tərəfindən hücum edilib.

Bu barədə Türkiyənin Daxil İşlər naziri Süleyman Soylu “Twitter”də bildirib.

Onun sözlərinə görə, hazırda terrorçularla güc strukturları arasında atışma gedir.

Ticarət naziri Ruhsar Pekcan qeyd edib ki, hücum nəticəsində 1 nəfər şəhid olub.

***

Türkiyədə gömrük idarəsinə məxsus zirehli avtomobilə raket zərbəsi endirilib.

Hadisə Ağrı vilayətində baş verib.

Gürbulaq sərhəd-gömrük məntəqəsinin yaxınlığında yerləşən “TIR” parkında zirehli avtomobilə raket zərbəsi endirilib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Təhlükəsizlik səbəbi ilə Türkiyə-İran sərhədinə gedən yol qapadılıb. (apa)