Türkiyə Silahlı Qüvvələri Suriyanın Tel Abyad bölgəsində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı əraziyə girmək istəyən 32 PKK/YPG terrorçusunu zərərsizləşdiriblər.
Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda terrorçuların “Sülh çeşməsi” bölgəsinin cənub hissəsinə keçmək istədikləri qeyd olunur.