XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2020 - 18:23

Demokrat Tom Steyer də ABŞ-da prezident yürüşündən çıxıb- Səbəb

Milyarder və ekologiya fəalı Tom Steyer 2020-ci ilin prezident yürüşündən çıxdığını elan edib.

O, bu qərarı Cənubi Karolinada praymerizdə Co Baydenin qələbəsindən sonra qəbul edib.

Steyer Cənubi Karolinada öz tərəfdarları qarşısında çıxışında onların dəstəyinə görə təşəkkür edib və Amerika siyasətində iştirakını davam etdirəcəyini vəd edib. O, həmçinin vurğulayıb ki, demokratlardan prezident vəzifəsinə hər hansı namizəd Donald Trampdan daha yaxşı prezident olacaq.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək(azərtac).