XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2020 - 20:18

Türkiyə Avropa İttifaqı ilə sərhədi bağlamayacaq- Açıqlama

“Türkiyə Avropaya getmək istəyən qaçqınlara görə Avropa İttifaqı ilə sərhədi bağlamayacaq”.

“Report” “Daily Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, bu mövqeyini Avropanın Suriyanın şimal-qərbindəki humanitar böhranı görməzdən gəlməsi ilə əsaslandırıb.

Qeyd edək ki, Yunanıstan hərbçiləri Türkiyədən Avropaya keçmək istəyən miqrantlara artıq atəş açmağa başlayıb.

Xatırladaq ki, fevralın 27-dən 28-nə keçən gecə İdlib bölgəsində 36 hərbçisinin şəhid olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb.