XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2020 - 23:13

Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatdı

Fransada koronavirusdan ölənlərin sayı artıb.

Ölkədə koronavirusa yoluxmuş daha iki nəfər dünyasını dəyişib.

Məlumata görə, ölənlərin hər ikisi yaşlıdır.

Bununla da Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, Fransada koronavirusa yoluxan şəxslərin sayı 150 nəfəri ötüb. Onların arasında La Balme-de-Sillingy şəhərinin meri də var. Artıq Fransa prezidenti Emmanuel Makron xarici səfərlərini təxirə salıb. (report)